ABB regionlarda rəqəmsal biznes təlimlərinə başlayıb

ABB regionlarda fəaliyyət göstərən və Sahibkarlar Klubuna üzv
olan iş adamları üçün təlimlərə başlayıb. 13-14 may tarixlərində
Şəkidə keçirilən təlimlərə KOBİA və ABB Tech Akademiyası da dəstək
verib. Tədbirə Şəki – Zaqatala iqtisadi rayonundan olan 40-a yaxın
iştirakçı qatılıb. Burada onlara elektron ticarət haqqında məlumat
verilib. Müxtəlif kanallarla onlayn satışın yolları öyrədilib.
Rəqəmsal biznes, PR və s. bu kimi gərəkli fəaliyyətlər haqqında
təqdimatlar olub. İştirakçılar bu istamətlərdə bilik və
bacarıqlarını artırmaqla yanaşı, yeni tərəfdaşlıqlar yaratmaq
imkanı da qazanıblar. “Sahibkarlar Klubu” təlimlərinin silsiləvi
şəkildə digər iqtisadi zonalarda da təşkili planlaşdırılır.

ABB-nin Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım
Biləndərli qeyd edib: “Kiçik və orta sahibkarlarla tərəfdaşlıq ABB
üçün prioritetdir. Biznes layihələrinin maliyyələşdirilməsi ilə
yanaşı, biz onlara başqa sahələrdə də dəstək olmağa çalışırıq.
Biznesdə rəqəmsal imkanlardan istifadə ilə bağlı təlimlərimiz, ümid
edirik ki, fayda verəcək”.

Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və
xidmətləri ilə bağlı ətraflı məlumatı Bankın filial və
şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli
Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə
etmək olar.

Teqlər: