ABB-nin “American Express” kartlarında böyük endirimlər!

Azərbaycanda “American Express” (AMEX) beynəlxalq ödəniş
sisteminin yeganə tərəfdaşı olan ABB AMEX kartlarına sahib olmaq
istəyənlər üçün gözəl bir imkan yaradıb.

Mayın 21-dən start verilən kampaniya zamanı AMEX Green və AMEX
Gold kartlarını Bankdan böyük endirimlərlə əldə etmək olar. Belə
ki, kampaniya müddətində 3 illik AMEX Express Green kartını 120
manat əvəzinə cəmi 30 manata, AMEX Gold kartını isə 300 manat
əvəzinə cəmi 150 manata almaq olar.

Kampaniya müddətində AMEX Green kartı cəmi 100 manat və ya 100
ABŞ dolları mədaxillə müştərilərə pulsuz təklif edilir. AMEX Gold
kartını isə 500 manat və ya 500 ABŞ dolları mədaxillə pulsuz almaq
mümkündür. AMEX kartlarını endirimlə ABB-nin bütün filial və
şöbələrindən ala, eləcə də onlayn qaydada sifariş verə bilərsiniz.
Hesaba mədaxillə pulsuz AMEX kartlarını isə ABB-nin bütün filial və
şöbələrindən almaq mümkündür. Bu kampaniya fürsəti iyulun 21-ə
qədər davam edəcək.

AMEX kartlarının ən böyük üstünlüklərindən biri dünyanın
müxtəlif ölkələrindəki ticarət və xidmət məkanlarında sahibinə
böyük endirimlər qazandırmasıdır. Müştəri, eyni zamanda, “American
Express”in üzvlük proqramlarından da istifadə edərək müxtəlif
güzəştlər əldə edir. Bundan başqa, 7/24 rejimində xidmət göstərən
unikal “American Express Konsyerj” xidmətindən faydalanmaqla
səyahətləri əvvəlcədən planlaşdırmaq, bu şəxsi köməkçinin dəstəyi
ilə bir çox səyahət problemlərini (otel, bilet, taksi sifarişi və
s.) asanlıqla yoluna qoymaq mümkündür. AMEX kartları haqqında daha
ətraflı məlumatları buradan əldə edə bilərsiniz.

Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və
xidmətləri ilə bağlı ətraflı məlumatı Bankın filial və
şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli
Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə
etmək olar.

Teqlər: