ABB ağacəkmə aksiyasında iştirak etdi

ABB aprelin 11-də Bakı şəhərinin Müşfiqabad qəsəbəsində təşkil
olunan “Yaşıl Marafon” ağacəkmə aksiyasına qoşulub. IDEA İctimai
Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə
təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasında
ölkəmizdəki maliyyə assosiasiyaları iştirak edib.

Ağaclar Müşfiqabad qəsəbəsində meşə massivinin salınması
məqsədilə ayrılmış 51 hektarlıq sahədə əkilib. Müvafiq
assosiasiyaların maliyyə dəstəyi ilə ərazidə damla-sulama sistemi
qurulub.

Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər
nazirinin, ABA rəhbərliyinin, bank menecerlərinin iştirak etdiyi
aksiyada ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov da iştirak
edib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.

Teqlər: