Avropa Birliyi Rusiyaya qarşı 11-ci sanksiyalar paketini qəbul edib.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı məlumatda qeyd olunub.
“Komissiya Avropa Birliyi Şurasının Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin təsdiqini alqışlayır”, – məlumatda qeyd olunub.
Sanksiya nəticəsində “Drujba” kəmərinin şimal qolu ilə rus neftinin tədarükü tamamilə dayandırılıb. Qazaxıstan neftinin bu qolla tədarükü isə davam edəcək.
Bundan başqa AB Rusiyaya lüks avtomobillərin, eləcə də bütün elektrik və hibrid avtomobillərin ixracına qoyulan qadağanı uzadıb.
Sanksiya paketinə Rusiynın 5 TV kanalının yayımının qadağan edilməsi də daxildir.