Lirənin ucuzlaşması dayanmır: yeni antirekord

Lirənin ucuzlaşması dayanmır: yeni antirekord

Türkiyə lirəsi növbəti dəfə tarixi minimuma düşüb.

AzerTimes xəbər verir ki, hazırda 1 dollar 25,24 lirəyə qalxıb, avro isə 27,39 lirə olub.

Qeyd edək ki, Nazirlər Kabinetinin yeni tərkibində Mehmet Şimşəyin xəzinə və maliyyə naziri vəzifəsinə gətirilməsindən sonra lirənin güclənəcəyi gözlənilirdi.

Ötən gün Türkiyə Mərkəzi Bankı 27 aylıq fasilədən sonra ilk dəfə faiz dərəcəsini 8,5-dən 15-ə qaldırıb. Bunun ardınca isə lirənin ucuzlaşması sürətlənib. Belə ki, qərar veriləndə dollar 23,6 lirə idi.

Teqlər: