Kiyev nüvə silahı yarada bilər – Arestoviç

Kiyev nüvə silahı yarada bilər – Arestoviç

Ukrayna nüvə silahı yarada bilər.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksiy Arestoviç deyib.

Aparıcı Mark Feyginin Ukraynanın nüvə silahı yarada biləcəyi ilə bağlı sualına Arestoviç çox qısa cavab verib: “Biz edə bilərik”.

O bildirib ki, nüvə silahının yaradılması qısa müddətdə baş verə bilər:

“Bizə qarşı nüvə silahı istifadə edildi. Qorunma variantları hansılardır? Burada ya bizi bir günə NATO-ya qəbul etmək lazımdır – bu bir zəmanətdir, ya da nüvə silahı yaradacağıq, çünki başqa təminat yoxdur”.

Teqlər: