Avropa Birliyinə üzv ölkələrin donanmaları Tayvan boğazında patrul etməlidir.
AzerTimes xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell “Le Journal du Dimanche” qəzetinə müsahibəsində bildirib.
“Avropa ölkələri bizə iqtisadi, kommersiya və texnoloji cəhətdən əhəmiyyət kəsb edən ərazidə fəal olmalıdır. Avropanın naviqasiya azadlığına sadiqliyi öz təsdiqini tapmalıdır”, – Borrell bildirib.