Lavrovla Blinken Nyu Yorkda görüşəcək?

Lavrovla Blinken Nyu Yorkda görüşəcək?

Sergey Lavrov və Entoni Blinken arasında BMT Təhlükəsizlik Şurasının tədbirləri çərçivəsində Nyu Yorkda görüşü planlaşdırılmır.

AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Belə planlar yoxdur. Ümumiyyətlə, hazırda amerikalılarla nazirlər səviyyəsində müzakirə gündəmimizdə yoxdur. Bu tarixlərdə cənab Blinkenin BMT-nin Baş Qərargahında olacağına əmin deyiləm. Əgər orada olarsa, bizi şəraitə uyğun davranacağıq”, – Ryabkov bildirib.

Teqlər: