Komandamız Dünya Kubokunda növbəti medal qazandı

Komandamız Dünya Kubokunda növbəti medal qazandı

Bədii gimnastika üzrə Azərbaycan millisi Bakıda keçirilən Dünya Kubokunda növbəti medalı qazanıb.

AzerTimes xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup komandası 3 lent və 2 topla hərəkətlərdə 3-cü yeri tutub.

Kollektiv ötən gün çoxnövçülük proqramında da bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Dünya Kubokuna bu gün yekun vurulacaq.

Teqlər: