AB-dən Monteneqroya çağırış: Prezidentin səlahiyyətlərini…

AB-dən Monteneqroya çağırış: Prezidentin səlahiyyətlərini…

Avropa Birliyi Monteneqrodakı siyasi aktorları prezidentin səlahiyyətlərini məhdudlaşdıran qanunu ləğv etməyə çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Anna Pisonero Hernandez Tvitter hesabında yazıb.

O bildirib ki, Monteneqroda təxribat xarakterli hərəkətlərə ən qısa zamanda son qoyulmalıdır.

Qeyd edək ki, Monteneqro Prezidenti Milo Cukanoviç daha əvvəl parlamentin qəbul etdiyi bu qanun layihəsini imzalamaqdan imtina etmiş, “mübahisəli qanunu” yenidən parlamentə göndərmişdi. Qanun layihəsində prezidentin hökumət qurmaq mandatını heç kimə həvalə etmədiyi təqdirdə, parlament üzvlərinin əksəriyyətinin dəstəklədiyi namizədin bu səlahiyyətləri icra edəcəyi vurğulayıb.

Teqlər: