Bakıda avtobus piyadanı vurub, qolunun üstündən keçdi

Bakıda avtobus piyadanı vurub, qolunun üstündən keçdi

Bakının Xətai rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, Əhmədli qəsəbəsində sərnişin avtobusu 1985-ci il təvəllüdlü Əsgərov Rəşad Möhübbət oğlunu vurduqdan sonra onun sol qolunun üzərindən keçib.

Ağır xəsarət alan piyada təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol qolun çoxsaylı və genişhəcimli kəsilmiş yaraları diaqnozu qoyulub.

Yaralının vəziyyəti ağır olduğu üçün o, reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.

Teqlər: