Nyu Yorkda müəmmalı böyük yanğın baş verdi

Nyu Yorkda müəmmalı böyük yanğın baş verdi

ABŞ-ın Nyu York şəhərinin Bruklin sahilində polis tərəfindən 20-30 il ərzində toplanmış dəlillərin (bioloji sübutlar, elektrovelisopedlər, klassik avtomobillər və s.) olduğu anbar yanır.

AzerTimes xəbər verir ki, bu barədə yerli polis və yanğınsöndürmə idarəsi məlumat yayıb.

Yanğının hələ bir neçə gün davam edəcəyi ehtimal edilir.

Yanğının söndürülməsinə 2 kater, pilotsuz uçuş aparatları və təxminən 150 yanğınsöndürən cəlb edilib.

Məlumata görə, hadisə nəticəsində 3 yanğınsöndürən, 3 təcili yardım xidmətinin əməkdaşı, 2 mülki şəxs xəsarət alıb.

Yanğının baş verdiyi anbarın çökmə təhlükəsinin olduğu vurğulanıb.

Teqlər: