A-Qroup sığorta haqları yığımında yenə dən artım nümayiş etdirib

26 ildən artıq Azərbaycan sığorta bazarında uğurlu fəaliyyət
göstərən A-Qroup 2022-ci ilin birinci rübünə olan nəticələri
açıqlayıb.

Bu ilin üç ayının maliyyə hesabatına görə sığorta haqlarının
həcmi 4 862 827,56 AZN təşkil edərək keçən ilki hesabat dövrü ilə
müqayisədə 752 246,93 AZN çox olmuşdur və bu da müqayisədə 18%
artım deməkdir.

2022-ci ilin birinci rübündə A-Qroup-un sığortalıları 2 667
971,72 AZN məbləğində ödəniş almışlar. Ödənişlərin böyük qismi
könüllü tibbi sığortanın payına düşərək 2 495 898.99 təşkil
etmişdir. Ortalama olaraq A-Qroup 2018-ci ilin birinci rübündə hər
gün müştərilərinə 28 000 AZN məbləğində ödəniş həyata
keçirmişdir.

Hesabat dövrünün nəticələri şirkətin sabit müsbət dinamikasını
nümayiş etdirir.

A-Qroup dünya standardlarına cavab verən, müştərilərinin
qayğısına qalan və onlara yüksək ixtisaslı xidmətlə təmin edən
şirkət olaraq qalmaqdadır.

Xatırlatmaq istərdik ki, A-Qroup sığorta şirkəti dinamik inkişaf
etməyə davam edir. Şirkət artıq 26 ildir ki, sığorta bazarında
uğurla fəaliyyət göstərərək müştəri xidmətinin
mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının
azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin
artırılmasına diqqət yetirir. A-Qroup sığorta şirkəti fiziki və
korporativ müştərilərə genişçeşidli sığorta məhsulları təqdim
edərək 14 növ könüllü və 3 icbari sığorta növü üzrə yüksək
ixtisaslı xidmətlər təqdim edir.

Teqlər: