Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində
İdarəetmə Mərkəzinə Lənkəran şəhərində intihara təşəbbüs edən
şəxsin xilas olunması üçün müraciət daxil olub.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən məlumat
verilib.
FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış
üzrə cəlb olunub. Xilasedicilərin çevik və peşəkar müdaxiləsi
nəticəsində vətəndaş son anda xilas olunaraq aidiyyəti üzrə təhvil
verilib.