![Maldiv Hindistandan tələb etdi: Qoşunları çıxart! Maldiv Hindistandan tələb etdi: Qoşunları çıxart!](https://azertimes.az/wp-content/uploads/maldiv-hindistandan-teleb-etdi-qosunlari-cixart-300x162.jpg)
![](https://azertimes.az/wp-content/uploads/maldiv-hindistandan-teleb-etdi-qosunlari-cixart.jpg)
Maldiv Respublikası Hindistandan ordusunu martın 15-dək adalardan çıxarmasını istəyib.
AzerTimes xəbər verir ki, bu barədə Maldiv Prezidentinin Administrasiyasının ictimai-siyasət məsələləri üzrə köməkçisi Abdulla Nazim İbrahim deyib.
“Hindistanlı hərbçilər Maldiv adalarında qala bilməz. Bu, Prezident Mohamed Muizzunun və indiki administrasiyanın siyasətidir”, – deyə A.İbrahim deyib.
Qeyd edilir ki, hazırda Maldiv adalarında 88 hindistanlı hərbçi var.