![ABB-nin Zaqatala filialı yeni ofisində xidmətə başladı ABB-nin Zaqatala filialı yeni ofisində xidmətə başladı](https://azertimes.az/wp-content/uploads/abb-nin-zaqatala-filiali-yeni-ofisinde-xidmete-basladi-300x182.jpg)
![](https://azertimes.az/wp-content/uploads/abb-nin-zaqatala-filiali-yeni-ofisinde-xidmete-basladi.jpg)
ABB filiallarını yeniləyərək xidmət şəbəkəsinin inkişafını davam etdirir. Bankın Zaqatala filialı da yeni ünvanda, ABB-nin müasir konseptinə uyğun qurulmuş binada müştərilər üçün əlçatandır. Bankın Zaqatala filialı Zaqatala şəhəri, Vidadi küçəsi – 28a ünvanında müştərilərə xidmət göstərir.
Burada ən yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Fərdi və korporativ müştərilər Zaqatala filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.