Narışkin: Mən təkəbbürlü deyiləm, o təcrübəsizdir

Narışkin: Mən təkəbbürlü deyiləm, o təcrübəsizdir

Ötən il ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə görüşə müsbət yanaşıram. Görüşümüz cəmi iki saat yarım davam edib və bu qədər qısa müddətdə özünü təkəbbürlü aparmaq mümkün deyildi.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

“Həmkarım Börnsə böyük hörmət bəsləyirəm. Həm çox təcrübəli, bacarıqlı diplomat, həm də MKİ-nin direktoru olaraq, bəlkə də hələ çox təcrübəsi olmayan həmkarım kimi”, – Narışkin bildirib.

Qeyd edək ki, Börns görüş zamanı Narışkinin özünü təkəbbürlü apardığını deyib.

Teqlər: