8-ci km-də zəncirvari yol qəzası

8-ci km-də zəncirvari yol qəzası

Paytaxtın Nizami rayonunda gecə saatlarında 3 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol qəzası olub.

1 iyul gecə saat 23:30 radələrində Bakı şəhərinin 8-ci km qəsəbəsində Xalqlar Dostluğu metro stansiyası tərəfdə olan Heydər Parkının aşağı hissəsində, Bəkir Çobanzadə küçəsinə dönən kəsişmədə zəncirvari yol qəzası hadisəsi baş verdi.

Hadisə yerinə dərhal yetişdiyimizdən məlumatları isti-isti ala bildik.

Belə ki, parkın sağ hissəsi ilə aşağı istiqamətli yolla hərəkət edən VAZ-2115 markalı 90-RK-273 dövlət qeydiyyat nişanlı avtomobil yol kəsişməsinə çatdıqda sürət həddini tənzimləməmiş və qarşıda olan Volkswagen Jetta markalı 90-SX-753 dövlət qeydiyyat nişanlı avtomobilə arxadan çırpılaraq, 2-nin isə 3-cüyə – daha qarşıda olan Kia Sportage markalı 90-LC-760 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmasına səbəb olub.

90-RK-273 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin “Əlirza” adlı bir şəxs olduğu bəlli oldu. Həmin şəxsdən kəskin spirtli içki iyi gəlirdi və özünü toplaşan cəmiyyət içində idarə edə bilmirdi. (Red. Videoda həmin şəxsin söyüş sözlərini eşidə bilərsiniz)
Həmin şəxs YPX hadisə yerində olmağına baxmayaraq, özünü sürücü deyil sərnişin kimi təqdim etmişdi.

Xəsarət alanların olduğu bildirilir. Xəsarət alanların sayı və xəsarətlərin hansı dərəcədə olması barədə məlumat yoxdur.

Hadisə yerində çəkilən video-görüntünü sizlərə təqdim edirik: