İsrail yenə Suriyanı bombaladı

İsrail yenə Suriyanı bombaladı

İsrail qüvvələri təsadüfi atəşə cavab olaraq Suriya ordusunun mövqelərinə zərbələr endirib.  

Ötən gün Suriya ordusunun mövqelərindən İsrailin nəzarət etdiyi Qolan təpələrinə doğru iki mərmi atılıb. Atəş nəticəsində ölən və yaralanan olmayıb.

Bu, son həftə ərzində İsrail və Suriya orduları arasında sayca 5-ci insidentdir.

“İsrail Suriyadakı vətəndaş müharibəsi məsələsində qarışmama siyasəti aparır. Lakin biz suverenliyimizin pozulması hallarının baş verməsinə yol verməyəcəyik. İsrail hesab edir ki, bu cür halların baş verməsində Suriya rejimi məsuliyyət daşıyır”, – deyə İsrail ordusunun rəsmi nümayəndəsi Ronen Manelis bildirib.