260-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

260-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 260-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 333 təyyarəsi, 173 helikopteri, 2479 PUA-sı, 388 zenit-raket kompleksi, 6491 tank və digər zirehli texnikası, 885 reaktiv yaylım atəş sistemi, 3564 artilleriya və minaatanı, 7158 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – məlumatda qeyd olunub.

Teqlər: