İsa Həbibbəylidən AMEA-da ilk təyinat

İsa Həbibbəylidən AMEA-da ilk təyinat

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-da təyinatla bağlı ilk sərəncamı imzalayıb.

Akademiyadan AzerTimes-a verilən məlumata görə, İ.Həbibbəylinin sərəncamı ilə texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov AMEA Rəyasət Heyəti Aparatının Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, H.Hüseynov 1978-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub. 2016-cı ildən Akademiyanın Elm və təhsil şöbəsində çalışır. 2018-ci ildən yeni vəzifəyə təyin edilənədək həmin şöbənin müdir müavini vəzifəsində işləyib. Onun qardaşı Ramil Hüseynov Birinci Qarabağ müharibəsində şəhid olub.

Teqlər: