24 saatlıq atəşkəs istəyimizlə bağlı heç bir irəliləyiş əldə etmədik – Ukrayna XİN rəhbəri

Xəbər - Humay Ağacanova – Trend:

Bu, müharibədən sonra Ukrayna və Rusiya XİN başçılarının ilk
görüşü idi. Görüş həm çətin, həm də asan oldu. Əlimdən gələnin ən
yaxşısını etməyə çalışdım.

Trend xəbər verir ki, bunu Ukrayna xarici işlər
naziri Dmitri Kuleba Antalyada Türkiyə və Rusiya xarici işlər
nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla üçtərəfli görüşdən
sonra keçirdiyi mətbuat konfransında deyib.

O, humanitar məqsədlə gəldiyini qeyd edib.

“Biz 24 saatlıq atəşkəs istəyimizi dilə gətirdik. Bununla bağlı
heç bir irəliləyiş əldə etmədik. Bu formatda yeni görüşlər apara
bilərik”, -deyə o əlavə edib.

Teqlər: