2022-ci il Azərbaycanla münasibətlərin möhkəmlənməsinə hədəflənəcək – Rusiya səfirinin müşaviri

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Rusiya ilə Azərbaycan arasında münasibətlər dinamik inkişaf
edir.

Trend-in
məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfirinin müşaviri
Aleksey Studnyarski Bakıda “Azərbaycan-Udmurtiya” biznes forumu
zamanı deyib.

Onun sözlərinə görə, iki ölkə arasında ticari-iqtisadi
münasibətlər ötən il də dinamik inkişaf edib.

“Biz bütün sahələrdə Rusiya-Azərbaycan münasibətlərini yüksək
qiymətləndiririk. Ölkələr arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyi ilə əlaqədar 2022-ci il də əlaqələrin, o
cümlədən regional münasibətlərin möhkəmlənməsinə hədəflənəcək”, –
deyə diplomat bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: