2021-ci ildə dünya ticarətinin həcmi rekord həddə artıb

Xəbər - Orxan Nəbiyev – Trend:

2021-ci ildə dünya ticarətinin həcmi rekord həddə yüksələrək
28,5 trilyon dollara çatıb.

Trend-in
məlumatına görə, bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının
(UNCTAD) hesabatında deyilir.

Bu göstərici 2020-ci illə müqayisədə 25 faiz artıb. 2019-cu illə
müqayisədə isə artım 13 faiz təşkil edib.

Eyni zamanda dünya ticarətinin həcminin bu ilin birinci rübündə
qismən azalacağı gözlənilir.


Mütəxəssislər hesab edir ki, ötən il ərzində ticarətin həcmin
artmasına xammal qiymətlərinin yüksəlməsi, pandemiya
məhdudiyyətlərinin yumşaldılması kimi amillər təsir göstərib.

UNCTAD-ın proqnozlarına görə, 2022-ci ildə qlobal ticarətə
ABŞ-da inflyasiya, Çində daşınmaz əmlak sektorundakı vəziyyət və
digər amillər təsir göstərəcək.