148-ci gün: Rusiya Ukraynanın itkilərini açıqlandı

148-ci gün: Rusiya Ukraynanın itkilərini açıqlandı

Rusiya müharibənin 148-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 260 təyyarəsi, 144 helikopteri, 1577 PUA-sı, 356 zenit-raket kompleksi, 4135 tank və digər zirehli texnikası, 762 reaktiv yaylım atəş sistemi, 3174 artilleriya və minaatanı, 4413 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: