Nazirlik teatr direktoru ilə bağlı araşdırmaya başladı

Nazirlik teatr direktoru ilə bağlı araşdırmaya başladı

Mədəniyyət Nazirliyi Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyevlə bağlı araşdırmalara başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Report-a nazirlikdən bildirilib.

Qeyd olunub ki, E.Rəfiyevin dövlətə 150 min manatdan çox vergi borcunun olması və bu səbəbdən ölkədən çıxışına qadağa qoyulması məsələsi araşdırılır.

Xatırladaq ki, teatrın direktoru Elman Rəfiyevin ölkədən çıxışına qadağa qoyulub. Bu barədə məhkəmə qərar çıxarıb. Səbəb isə teatrın dövlətə 150 min manatdan çox vergi borcunun olması göstərilib.

Teqlər: