Gürcüstanın hakim partiyası Prezident Salome Zurabişviliyə qarşı impiçment proseduruna başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb.
Məlumata görə, impiçment proseduruna bu gün parlament çoxluğunun iclasında başlanılacaq.
“Biz impiçment prosesinə başlamaq qərarına gəldik. 50 deputatın imzası ilə sənəd hazırlanacaq”, – Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, imzalar toplandıqdan sonra deputatlar Konstitusiya Məhkəməsinə müraciət edəcəklər. Bundan sonra məhkəməyə hüquqi tənzimləmə hazırlayıb parlamentə təqdim etmək üçün bir ay vaxt veriləcək.