Putin Ərdoğanı Soçiyə dincəlməyə dəvət etdi

Putin Ərdoğanı Soçiyə dincəlməyə dəvət etdi

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Soçiyə istirahətə dəvət edib.

AzerTimes xəbər verir ki, Soçidə danışıqlar başlamazdan əvvəl liderlər arasında qısa söhbət olub.

“Dincəlmək üçün bizə də gələ bilərsiniz. Elə ancaq biz sizə gəlirik”, – Putin bildirib.

“Yeri gəlmişkən, bura da çox gözəldir”, – Türkiyə prezidenti cavab verib.

“Bəli, düzdür. Yaşıllıq çoxdur”, – Rusiya lideri razılaşıb.

“Qara dəniz bölgəsi”, – Ərdoğan əlavə edib.

Teqlər: