Zurabişvilidən müxalifətə böyük jest: müraciət təmin olundu

Zurabişvilidən müxalifətə böyük jest: müraciət təmin olundu

Gürcüstan Prezidenti Salome Zurabişvili parlament müxalifətinin bir qisminin qanunverici orqanın növbədənkənar sessiyasının çağrılması ilə bağlı müraciətini təmin edib.

AzerTimes xəbər verir ki, Zurabişvili sessiyanın iyulun 18-də çağrılması haqqında fərman imzalayıb.

Qeyd edək ki, parlamentdə təmsil olunan müxalif deputatların bir qismi növbədənkar sessiyanın çağrılmasını Gürcüstanın Avropa Birliyi üzvlüyə namizədlik statusu alması üçün şərtlərin mümkün qədər tez yerinə yetirilməsinə başlamaq üçün tələb edib.

Teqlər: