Zurabişvili hökuməti ciddi tənqid etdi

Zurabişvili hökuməti ciddi tənqid etdi

Gürcüsntan Prezidenti Salome Zurabişvili bir sıra məsələlər barədə brifinq keçirib.

Axar.a 24Nyus.ge-yə istinadən xəbər verir ki, prezident hökumət nümayəndələri tərəfindən verilən bəyanatları ciddi tənqid edib.

O, çıxışında hökumət nümayəndələrini Avropa İttifaqının qurumları ilə bağlı səsləndirdikləri fikirlərdə ehtiyatlı olmağa çağırıb:

“Avroparlamnetarları, Avropadakı ən güclü partiyanı, həmçinin Avropa parlamentinin sədrinin partiyasını narazı saldıq. Bu gün yenə onları ‘Bizə status verməsəniz, pərdəyi çəkəcəyik’ deyə təhdid edirik. Bilmirəm hansı pərdəni çəkirlər, necə çəkirlər, ancaq pərdə bizim üçün asta-asta çəkilib. Məncə biz bunun dərdini çəkməliyik”.

Onun sözlərinə görə, Gürcüstan maliyyə kimi önəmli məsələlərdə sanksiyalara qoşulub, ancaq bəzən ölkə rəsmiləri Gürcüstanın heç bir sanksiyalara qoşulmadığını qeyd edirlər:

“Rusiya əleyhinə tətbiq edilən sanksiyaları mənfi qiymətləndirirlər. Gürcüstanın Avropa İttifaqı ilə assosiasiya sazişinin olması ölkənin vahid qərarlara qoşulmasının vacibliyini ortaya qoyur. Gürcüstan maliyyə kimi önəmli məsələlərdə sanksiyalara qoşulub, ancaq bəzən ölkə rəsmiləri Gürcüstanın heç bir sanksiyalara qoşulmadığını qeyd edirlər”, – deyə prezident bildirib.

Zurabişvili həmçinin müxalifətə müraciət edərək bu həlledici məqamda sabitliyi pozmamağa çağırıb.

Teqlər: