Zurabişvili hakimiyyətin bu qanununa veto qoyacaq

Zurabişvili hakimiyyətin bu qanununa veto qoyacaq

Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcü Arzusu Partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini veto qoyacaq.

AzerTimes xəbər verir ki, bu barədə Prezidentin parlament katibi Giorgi Msxiladze bildirib.

Onun sözlərinə görə, parlamentin bu gün keçirilən büro iclasında hakim partiyanın ötən il verdiyi vədinə uyğun olaraq qanun layhəsinin qeydiyyatdan keçirilməməsi, komitə iclaslarında müzakirəyə çıxarılmaması tələb edilib.

Qeyd edək ki, sözügedən qanun ölkədə etirazla qarşılanıb.

Teqlər: