Zurabişvili Əliyevlə niyə görüşməli idi ki? – Tiflis

Zurabişvili Əliyevlə niyə görüşməli idi ki? – Tiflis

Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək üçün konstitusiya səlahiyyətləri və öhdəliyi yoxdur.

AzerTimes xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu Demokratik Gürcüstan” partiyasının lideri Giya Volski bildirib.

“Onun (Azərbaycan Prezidentinin – red.) müzakirə olunacaq son dərəcə vacib məsələləri var idi. Prezident və ya Baş nazir ölkəyə dəvət olunanda müzakirə üçün bir sıra mövzular qoyulur. Zurabişviliyə gəlincə, konstitusiya ilə müəyyən olunmasa, onun Azərbaycan Prezidenti ilə müzakirə edə biləcəyi mövzu yoxdur. Gürcüstan konstitusiyasına görə, Gürcüstanda dövlət başçısı Baş nazir, Azərbaycan konstitusiyasına görə isə Azərbaycan Respublikasının rəhbəri Prezidentdir. Necə ki, dövlət başçıları Almaniyaya gəlir, kanslerlə görüşürlər, Prezident Ştaynmayerlə görüşmürlər. çünki dövlət başçısı kanslerdir”, – o bildirib.

Qeyd edək ki, Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfər proqramına onunla görüş salınmamasına görə Gürcüstan hökumətinə narazılığını bildirib. O, dost və strateji müttəfiq olan Azərbaycan Prezidentinin Gürcüstana səfərini alqışladığını, onunla görüşü arzuladığını və bu görüşə daim hazır olduğunu, görüş üçün İlham Əliyevi yeni səfərə dəvət etdiyini bildirib.

Xatırladaq ki, İlham Əliyevin Gürcüstana səfəri ötən gün baş tutub.

Teqlər: