Zurabaşvilinin vetosu ləğv edilir: Komitə qərar verdi

Zurabaşvilinin vetosu ləğv edilir: Komitə qərar verdi

Gürcüstan parlamentinin Hüquq Komitəsi prezidentin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə vetosunu ləğv edib.

AzerTimes xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Sabah isə qərarın parlamentin plenar iclasında müzakirəyə çıxarılması və qəbul edilməsi planlaşdırılır.

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanunu qəbul edib. Prezident Salome Zurabişvili isə 18 mayda buna veto qoyub.

Teqlər: