Zukerberq Maskla döyüşə belə hazırlaşır – Video

Zukerberq Maskla döyüşə belə hazırlaşır – Video

Mark Zukerberq İlon Maskla döyüşə ciddi şəkildə hazırlaşır.

AzerTimes xəbər verir ki, bu barədə süni beyin tədqiqatçısı və podkaster Leks Fridman məlumat yayıb.

O, “Meta” şirkətinin baş direktoru Mark Zukerberqlə ciu-citsu məşqi edərkən çəkilmiş videonu yayımlayıb.

Videoda Zukerberq və Fridmanın boğma fəndlərini yerinə yetirdiyi görünür.

Belə ki, “Meta” rəhbəri Maskla MMA qaydaları üzrə keçiriləcək döyüşə hazırlaşır.

UFC prezidenti Deyn Uayt hər iki iş adamı ilə danışdığını və onların “ciddi” olduğunu söyləyib. Döyüşün dəqiq tarixi hələ məlum deyil.

Mask artıq Zukerberqin videosunu görüb. Milyarder Tvitterdəki paylaşımının altında “Onu yerə yıxacağam” yazıb.

Teqlər: