Zubir “Qarabağ”dan gedir?

Zubir “Qarabağ”dan gedir?

“Qarabağ”ın futbolçusu Abdullah Zubir iki klubun diqqət mərkəzindədir.

AzerTimes Report-a istinadən xəbər verir ki, adı hələlik açıqlanmayan Fransa Liqa 1 təmsilçisi 32 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

Səudiyyə Ərəbistanından “Əl-Riyad” da Zubiri transfer etmək istəyir.

Qeyd edək ki, Abdulla Zubir 2018-ci ildən “köhlən atlar”ın şərəfini qoruyur. Onun hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. Peşəkar karyerasına Fransanın “Qrenobl” klubunda başlayan futbolçu bu ölkədə “İstr” və “Lans” kimi komandaların da formasını geyinib.

Teqlər: