Xəbər - Cani Babayeva – Trend:
Tokioda Yay Olimpiya Oyunları çərçivəsində bədii gimnastika üzrə fərdi çoxnövçülükdə təsnifat mərhələsi davam edir.
AzerTimes-ın məlumatına görə, təsnifat mərhələsində ən yaxşı nəticə göstərən 10 gimnast fərdi çoxnövçülük yarışının finalına çıxacaq.
Azərbaycan idmançısı Z.Ağamirova lentlə hərəkətlərdə 19.900 xal toplayıb. Bundan əvvəl o, halqa ilə hərəkətlərdə 23.000 xal, topla hərəkətlərdə isə 23.400 xal toplamışdı.
Xatırladaq ki, Zöhrə Ağamirova Tokioda keçirilən Olimpiya Oyunlarına lisenziyanı ölkəmizdə 2019-cu ildə təşkil olunan bədii gimnastika üzrə Dünya Çempionatında qazanıb.
(Tərcümə: Orxan Nəbiyev)