Türkiyəni öz vətənimiz hesab edirik – Deputat

Türkiyəni öz vətənimiz bilirik, ona görə də Türkiyə uğrunda canımızı qurban verməyə hazırıq.

Bunu AzerTimes-a millət vəkili Naqif Həmzəyev deyib.

N.Həmzəyev qeyd edib ki, Türkiyədə yanğın başlayan ilk gündən Prezident İlham Əliyevin birbaşa göstərişi ilə Azərbaycanın yanınsöndürən briqadaları, hərbi helikopter və amfibiya təyyarəsi Türkiyəyə göndərilib:

“Türkiyəni öz vətənimiz hesab edirik. Orada hər bir ağac, hər bir can bizim üçün əzizdir. Oralar yanırsa bizim də canımız yanır. Bizim qəhrəman yanınsöndürənlərimiz Türkiyəli qardaşlarımızla birlikdə çətin şəraitdə fəaliyyət göstərirlər. Digər kömək göndərən dövlətlərdən fərqli olaraq biz, Türkiyəni öz dövlətimiz, öz vətənimiz bilirik, ona görə də Türkiyə uğrunda canımızı qurban verməyə hazırıq”.

Teqlər: