Zmeyni adasında çoxsaylı partlayış və yanğın var

Zmeyni adasında çoxsaylı partlayış və yanğın var

Rusiyanın müvəqqəti zəbt etdiyi Zmeyni (İlanlar) adasında onlarla partlayış olub, güclü yanğın başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Odessanın “Dumskaya” saytı mənbələrinə istinadən məlumat yayıb.

Hazırda Zmeynı adasında mövcud vəziyyətlə bağlı rəsmi məlumat yoxdur.

Qeyd edək ki, bu gün səhər saatlarında Odessa vilayətində Rusiyanın “Oniks” raketləri vurulub. Bildirilir ki, ruslar Odessa və Belqorod-Dnestrovski rayonuna qanadlı raketlər atıb.

Teqlər: