Rus qırıcıları heyranedicidir, amma… – Britaniya

Rus qırıcıları heyranedicidir, amma… – Britaniya

Rusiyanın müasir və döyüşə hazır təyyarələri olsa da, Ukraynada uğur qazana bilmədi.

AzerTimes xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya Hərbi Hava Qüvvələri zəif nəticələr göstərdi. Rus təyyarələri tam hava üstünlüyü əldə edə bilməyib, təhlükəli hərəkətlərə əl atıb, nadir hallarda Ukrayna sərhədlərindən kənara, dərinliyə nüfuz edib”, – məlumatda deyilir.

Qeyd olunur ki, Rusiya aviasiyasının çətinlikləri Rusiya quru qoşunlarının problemlərinin səbəbləri ilə səsləşir:

“Bu illər ərzində Rusiyada döyüş hazırlığının böyük hissəsi uçuş heyətləri arasında aktiv təşəbbüsləri inkişaf etdirməkdənsə, yüksək vəzifəli məmurları heyran etməyə sərf olunub. Rusiyanın müasir və döyüşə hazır təyyarələrinin siyahısı heyranedicidir. Lakin Hərbi Hava Qüvvələri demək olar ki, şəxsi heyəti üçün tələb olunan institusional mədəniyyət və bacarıqlarını inkişaf etdirə bilməyib. Bu uğursuzluq döyüşün quru qüvvələrinə və zahirən ehtiyatı tükənməkdə olan müasir qanadlı raketlərə yönəldilməsi ilə nəticələndi”.

Teqlər: