Ziya Bünyadov prospektində rənglənmə işləri gedir

Ziya Bünyadov prospektində rənglənmə işləri gedir

Ziya Bünyadov prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, işlər avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili məqsədilə aparılır.
Sürücülərdən sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.