Zirehli “Leksus” İrəvanda 2 xüsusi təyinatlını vurdu

Zirehli “Leksus” İrəvanda 2 xüsusi təyinatlını vurdu

İrəvanda xüsusi istehsal edilmiş zirehli Leksus-570 (70 EE 700 xüsusi nömrəli) markalı maşın iki xüsusi təyinatlı polisi vurub.

AzerTimes erməni mediasına istinadla xəbər verir ki, “Leksus” VAZ-21015 markalı maşınla toqquşduqdan sonra xüsusi təyinatlı iki polisi (OMON) vurub. Xüsusi təyinatlı polislər xəstəxanaya yerləşdirilib.

Erməni mediası zirehli və xüsusi dövlət nömrəsi olan avtomobilin kimə məxsus olduğunu açıqlamayıb.

Teqlər: