“Zirə” səfərdə “Turan”a məğlub oldu

“Zirə” səfərdə “Turan”a məğlub oldu

Azərbaycan Premyer Liqasında XVII turun daha bir matçı baş tutub.

AzerTimes xəbər verir ki, “Zirə” aşağı pillələrdə qərarlaşan “Turan Tovuz”un qonağı olub. Matç meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 76-cı dəqiqədə Fərid Nəbiyev vurub.

Bu nəticədən sonra 8-ci pillədə qərarlaşan “Turan Tovuz” xallarının sayını 19-a çatdırıb. “Zirə” isə 29 xalla 2-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, tura dekabrın 18-də keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu ilə yekun vurulacaq.

Teqlər: