“Zirə” nəhayət qələbə qazandı

“Zirə” nəhayət qələbə qazandı

Azərbaycan Premyer Liqasında XXVII tur davam edir.

AzerTimes xəbər verir ki, günün ilk oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.

Rəqibini 2:1 hesabı ilə məğlub edən “Zirə” xallarının sayını 39-a yüksəldib. “Kəpəz” isə 27 xalda qalıb.

Qeyd edək ki, ötən gün “Neftçi” “Səbail”i 3:0 hesabı ilə məğlub edib. Turun “Araz-Naxçıvan” – “Qəbələ” oyunu bu gün, “Turan Tovuz” – “Qarabağ” və “Sumqayıt” – “Sabah” görüşləri martın 17-də keçiriləcək.

Teqlər: