“Zirə” çətinliklə qalib gəldi

“Zirə” çətinliklə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tur start götürüb.

AzerTimes xəbər verir ki, günün yeganə matçında “Zirə” “Şamaxı”nı qəbul edib.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə ilə xallarının sayını 16-ya çatdıran paytaxt təmsilçisi 4-cü pilləyə yüksəlib. 2 xala malik “Şamaxı” isə 10-cu sıradadır.

Qeyd edək ki, IX turun “Səbail” – “Sumqayıt”, “Neftçi” – “Turan Tovuz” matçları oktyabrın 8-də, “Qəbələ” – “Qarabağ”, “Sabah” – “Kəpəz” görüşləri isə oktyabrın 9-da keçiriləcək.

Teqlər: