“Zirə” Azərbaycan Kubokunun finalında!

“Zirə” Azərbaycan Kubokunun finalında!

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.

AzerTimes xəbər verir ki, yarımfinalın ilk cavab matçında “Qəbələ” öz meydanında “Zirə”ni qəbul edib.

Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib – 2:0.

İlk görüşdə rəqibini 2:1 hesabı ilə üstələyən “Zirə” finala yüksəlib.

Qeyd edək ki, yarımfinalın ikinci cavab oyununda “Qarabağ” “Neftçi” ilə üz-üzə gələcək. Görüş bu gün, saat 20:00-da başlayacaq. İlk cavab oyununda “Qarabağ” 4 cavabsız qolla qalib gəlib.

Teqlər: