“Ziraat Bank Azərbaycan”dan 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı Gününün təşkilinə dəstək!

Türkiyə Cümhuriyyətinin qurucusu və ilk dövlət başçısı Mustafa
Kamal Atatürk tərəfindən dünya uşaqlarına hədiyyə olunmuş 23 Aprel
Milli Suverenlik və Uşaq Bayramı münasibətilə hər il ənənəvi olaraq
Türkiyə Respublikasının Gəncədəki Başkonsulluğunun təşəbbüsü, Gəncə
Şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin
təşkilati dəstəyi ilə Fikrət Əmirov adına Gəncə Dövlət
Filarmoniyasında şəhid və qazi övladları, həmçinin kimsəsiz
ailələrin uşaqları üçün bayram tədbiri təşkil olunmuşdur. Tədbirdə
digər şirkətlərlə yanaşı, daim sosial layihələr ilə öz adını
duyuran Ziraat Bank Azərbaycan da öz dəstəyini əsirgəməmişdir.
Bankın dəstəyi ilə keçirilən tədbirdə uşaqlar üçün şou-proqram,
yarışmalar keçirilmiş vəmüxtəlif növ hədiyyələr təqdim olunmuşdur.
Tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk uşaqları 23
Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik edərək,
əlamətdar günün tarixindən, əhəmiyyətindən danışmışdır.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158
illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib
hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında
fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq
sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt
şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və
xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı
məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin
sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək
əldə edə bilərsiniz.

Teqlər: