AQTA sədri Qoşqar Təhməzli sahibkarları təbrik edib

Hörmətli sahibkarlar, dəyərli dostlar!

Sizi Sahibkarlar Günü münasibətilə ürəkdən təbrik edir,
ölkəmizin inkişafı və xalqımızın rifahı naminə yeni-yeni uğurlar
arzulayırıq. Bu gün ölkəmizdə qida zəncirinin bütün mərhələlərində
fəaliyyət göstərən sahibkarlıq subyektləri özəl sektorun aparıcı
qüvvələrindən biridir. İnanırıq ki, birgə səylərimiz dövlət
başçısının müəyyən etdiyi strateji xəttin reallaşmasına,
Azərbaycanda qida təhlükəsizliyi sisteminin qurulması ilə
vətəndaşlarımızın sağlamlığının qorunmasına, qida sahəsində
məhsuldarlığın və ixrac potensialının artmasına əhəmiyyətli töhfə
verəcəkdir.

Hörmətlə,
AQTA sədri Qoşqar Təhməzli

Teqlər: