Ziraat Bank Azərbaycan xarici valyutada olan kartları üçün yeni imkanlar yaratdı

Ziraat Bank Azərbaycan xarici valyutada “Bankkart”ın balansını
banka gəlmədən terminal vasitəsi ilə artımı üçün imkan yaradıb.
Belə ki müştərilər artıq istər türk lirəsi, istər usd, istərsə də
avro valyutasında olan “Bankkart”ın balansını banka gəlmədən eManat
terminalı vasitəsi ilə artıra bilərlər. Daha öncə bu imkan yalnız
mobil tətbiq vasitəsi ilə nağdsız qaydada mümkün idi.

Qeyd edək ki, kart sifarişi etmək istəyən şəxslər də bankın
filiallarına yaxınlaşmadan, bunu icra edə bilərlər. Bunun üçün
sadəcə bankın saytına daxil olaraq “Onlayn Sifarişlər” bölümündə
onlayn kart sifarişini seçib, müvafiq anketi doldurmaq və onlayn
ödənişi icra etmək kifayətdir. Onlayn kart sifarişi türk lirəsi
valyutasında olan “Bankkart” üçün də mümkündür. Qeyd edək türk
lirəsi valyutasında “Bankkart” yalnız Ziraat Bank Azərbaycanda
mövcuddur və hazırda VISA Classic növündə 1, 2 və 3 illik olmaqla
müştərilərə təqdim edilir. Onlayn kart sifarişi adi qaydada 3 iş
günü, təcili sifarişlə isə 1 iş günü ərzində hazır olaraq
istifadəyə təqdim edilir. Onlayn kart sifarişi növbəti linka keçid
alaraq icra edilə bilər: https://bit.ly/3lYqO4o.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158
illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib
hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında
fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq
sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt
şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və
xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.


Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı
məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin
sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək
əldə edə bilərsiniz.

Teqlər: