“Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”)
çərçivəsində Bakı şəhərinin Müşfiqabad qəsəbəsində həyata keçirilən
aksiyada Ziraat Bank Azərbaycan rəhbər və işçi heyəti iştirak
edib.
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
birgə təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə
aksiyasında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev,
ABA-nın sədri Zakir Nuriyev, Ziraat Bank Azərbaycanın sədri Dr.
Selçuk Demir,bankın əməkdaşları və ölkəmizdəki maliyyə
assosiasiyalarının digər üzvləri iştirak edib. Qeyd edək ki, ölkədə
yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində həyata
keçirilən tədbirlərə dəstək göstərilməsi məqsədi ilə Azərbaycan
Banklar Assosiasiyası (ABA) və Ekologiya və Təbii Sərvətlər
Nazirliyi (ETSN) arasında Anlaşma Memorandumu imzalanmışdır.
Memorandum çərçivəsində maliyyə sektorunu təmsil edən
Assosiasiyaların üzvlərinin təqdim etdiyi vəsait hesabına ABA
tərəfindən Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən 51.4 hektar
ərazidə əkiləcək ağaclar üçün damcılı suvarma sisteminin qurulması
da nəzərdə tutulur.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158
illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib
hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında
fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq
sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt
şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və
xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı
məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin
sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək
əldə edə bilərsiniz.