Zimbabvedə ağır yol qəzası nəticəsində 20 nəfər ölüb

Zimbabvenin cənub-şərqində iki marşrut taksisi toqquşub.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, qəza avtomobil yolunun Mavinqo və Zvişavane qəsəbələrinin arasındadı hissəsində baş verib.

Məlumata əsasən, qəza nəticəsində azı 20 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.


Bildirilir ki, qəzaya marşrut taksilərinin birinin təkərinin partlaması səbəb olub.